Putin: Avrasiya regionunda xarici qüvvələrin hərbi mövcudluğu məhdudlaşdırılmalıdır- ÖZƏL
14 İyun 2024 14:03 DünyaRusiya prezidenti Vladimir Putin deyib ki, Avrasiya regionunda xarici qüvvələrin hərbi mövcudluğu məhdudlaşdırılmalıdır.
Olaylar.az xəbər verir ki, bu barədə dövlət başçısı iyunun 14-də mətbuat mərkəzinin binasında Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Avrasiyada fəaliyyət göstərən beynəlxalq təşkilatlar arasında dialoqu aktivləşdirmək lazımdır. O qeyd edib ki, gələcək Avrasiya təhlükəsizlik sistemi regionun bütün ölkələri, o cümlədən NATO üzvü olan ölkələr üçün açıq olmalıdır.
"Gələcək təhlükəsizlik arxitekturasının bütün Avrasiya ölkələri üçün açıq olmasından çıxış etmək vacibdir", - Putin deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31