Putin: Strateji sabitliyi pozan Vaşinqton olub- ÖZƏL
14 İyun 2024 13:45 DünyaRusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyaya strateji məğlubiyyət vermək çağırışları Qərb siyasətçilərinin avantürizmini nümayiş etdirir.
Olaylar.az xəbər verir ki, bu barədə dövlət başçısı iyunun 14-də mətbuat mərkəzinin binasında Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib.
Onun sözlərinə görə, müqavilələrdən birtərəfli qaydada çıxmaqla strateji sabitliyi pozan Vaşinqton olub. Rusiya lideri hesab edir ki, etimad və nəzarət tədbirləri sistemini ilk dəfə məhv edən ABŞ olub. O əlavə edib ki, son nəticədə Qərb dövlətlərinin eqoizmi və təkəbbürü indiki vəziyyətə gətirib çıxarıb.
"Biz yolverilməz şəkildə geri dönüş nöqtəsinə yaxınlaşmışıq", - Putin deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31