ABŞ və Ukrayna kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığı genişləndirəcək — ÖZƏL

Olaylar.az xəbər verir ki, Ağ Evin mətbuat xidməti tərəfindən dərc edilən ikitərəfli təhlükəsizlik sazişində deyilir ki, ABŞ və Ukrayna kəşfiyyat mübadiləsini artırmaq və kəşfiyyat agentlikləri arasında əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

ABŞ və Ukrayna 10 illik təhlükəsizlik sazişi imzalayıblar — ÖZƏL

"Tərəflər kəşfiyyat məlumatlarının müvafiq şəkildə mübadiləsini inkişaf etdirməyə və onların kəşfiyyat xidmətləri arasında genişləndirilmiş əməkdaşlığı təşviq etməyə razılaşırlar", - sənəddə deyilir.

Həmçinin ABŞ-ın Ukrayna kəşfiyyat orqanlarının potensialının artırılmasına yardım etmək niyyətində olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31