Ermənistanda dünənki etiraz aksiyasında 101 nəfər xəsarət alıb

Ermənistanda dünən parlament binasının qarşısındakı etiraz aksiyasından sonra 101 vətəndaş tibbi yardım üçün müraciət edib.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 85 nəfər artıq xəstəxanadan buraxılıb, 16 nəfər müşahidə altında saxlanılıb.

Qeyd olunub ki, əli zədələnən bir nəfər əməliyyat olunub, pasiyentin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31