Zaxarova Vaşinqtonun yeni sanksiyalarına münasibət bildirdi
12 İyun 2024 19:51 DünyaABŞ-ın hərəkətləri cavabsız qalmayacaq.
Olaylar.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a Vaşinqtonun Rusiyaya tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirərkən deyib.
"Həmişə olduğu kimi, Rusiya ABŞ-ın aqressiv hərəkətlərini cavabsız qoymayacaq", - o deyib.
Qeyd edək ki, ABŞ Ukraynadakı hərbi əməliyyatla əlaqədar Rusiya və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31