Qazaxıstan neft hasilatını kompensasiya edəcək — ÖZƏL
12 İyun 2024 16:26 DünyaQazaxıstan hakimiyyəti OPEC+ sazişi çərçivəsində artıq neft hasilatını kompensasiya edəcək.
Olaylar.az xəbər verir ki, bunu Energetika Nazirliyinin mətbuat xidməti bildirib.
"Qazaxıstan Respublikası OPEC+ sazişinə tam sadiq qalmaqda davam edir. Müqavilə ilə təsdiqlənmiş müstəqil mənbələrin qiymətləndirmələrinə görə, Qazaxıstan Respublikası may ayında gündəlik öhdəliklərini 45 min barel üstələyib. Qazaxıstan bu həddindən artıq hasilatı kompensasiya edəcək və öhdəliklərini tam yerinə yetirəcək", - nazirlikdən bildirilib.
Qazaxıstan həmçinin 2024-cü ilin əvvəlindən artıq hasil edilən neft həcmlərini "Qazaxıstan Respublikası yaxın günlərdə OPEC Katibliyinə yenilənmiş kompensasiya cədvəlini təqdim edəcək", - mətbuat xidməti əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31