Argentina Ukraynaya zərbə təyyarələrinin verilməsi ilə bağlı danışıqlar aparır - ÖZƏL
12 İyun 2024 14:15 DünyaOlaylar.az xəbər verir ki, Argentina hökuməti Parislə Fransa istehsalı olan beş yararsız "Super Etendard" zərbə təyyarəsinin Ukraynaya təhvil verilməsi imkanını müzakirə edir.
Argentinanın xarici işlər naziri Diana Mondino fransalı həmkarı Stefan Sejourne və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla məsələni müzakirə edib. Transfer planı Argentina prezidenti Xavyer Milei tərəfindən təsdiqlənib.
Argentina 2018-ci ildə təyyarələr alıb, lakin indiyədək onlardan istifadə edə bilmir. Super Etendard zərbə təyyarələri Böyük Britaniyanın tətbiq etdiyi silah embarqosu səbəbindən işləmir. Milei administrasiyası Fransanın onları təmir edib Ukraynaya təhvil verəcəyini gözləyərək, bu təyyarələri başqa materiallarla dəyişmək istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31