Həmas əslində Baydenin atəşkəs razılaşmasını rədd edib - ÖZƏL

Olaylar.az xəbər verir ki, İsrail hesab edir ki, HƏMAS ABŞ prezidenti Co Baydenin Qəzzada atəşkəs planını mahiyyətcə rədd edib, çünki qrup ilkin təklifin bütün müddəalarına dəyişiklik etməklə cavab verib.
"Məna aydındır: Bu, Baydenin təklifinin rədd edilməsidir", - bildirilib.
Qətər vasitəçiləri iyunun 11-də axşam saatlarında HƏMAS-ın cavabı ilə bağlı Mossad-ın direktoru Devid Barneanı məlumatlandırıblar.
HƏMAS təklifə "əhəmiyyətli dəyişikliklər" edib, baxmayaraq ki, Bayden qrupun sənədi orijinal şəklində qəbul etməli olduğu barədə xəbərdarlıq edib.
Bundan əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Vaşinqton Həmas-ın Qəzzada atəşkəs təklifinə reaksiyasını alıb və öyrənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31