Bayden və Zelenski son 6 gündə ikinci dəfə görüşür
12 İyun 2024 10:15 DünyaABŞ və Ukrayna prezidentləri Co Bayden və Vladimir Zelenski iyunun 13-də İtaliyada keçiriləcək G7 sammiti çərçivəsində görüşəcəklər.
Olaylar xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.
"Bu görüşdən sonra hər iki lider mətbuat konfransında iştirak edəcək", - o vurğulayıb.
Qeyd edək ki, Zelenski ilə Bayden arasında sonuncu görüş bu ayın 7-si Parisdə baş tutub. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31