Qəti addımlar atacağıq, Putinə göstərəcəyik - ABŞ hədələdi
12 İyun 2024 10:10 DünyaG7 ölkələri İtaliyada keçiriləcək sammitdə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın maraqları naminə istifadə etmək üçün yeni addımlar atacaqlarını elan edəcəklər.
Olaylar xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"G7-nin bu həftənin sonunda keçiriləcək görüşü aydın şəkildə göstərəcək ki, Ukraynaya sadiq qalırıq. Biz qəti addımlar atacağıq və Rusiya Prezidenti Vladimir Putinə göstərəcəyik ki, vaxt onun tərəfində deyil, biz Ukraynanın azadlıq mübarizəsini dəstəklədiyimiz halda o, bizdən üstün ola bilməz", - C.Kirbi qeyd edib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31