Ukraynada Boks Federasiyasının prezidenti güllələndi

Ukraynanın Zaporojye vilayətinin Boks Federasiyasının prezidenti Maksim Denşik güllələnib.

Olaylar.az report-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Hündürmərtəbəli binanın girişində naməlum şəxs odlu silahdan M.Denşikə 4 dəfə atəş açıb və hadisə yerindən qaçıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31