Rusiya aviasiyası bu təyyarələri aldı

İrkutsk aviasiya zavodu Yak-130 döyüş təlim təyyarələrinin yeni partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

Olaylar bildirir ki, bu barədə zavoddan məlumat verilib.

Qeyd edək ki, Yak-130 təlim-döyüş təyyarəsi manevr qabiliyyəti və radioelektron avadanlıqların müasir kompleksi ilə seçilir. Təyyarədə döyüş vəziyyətinə yaxın şəraitdə "hava-hava" və ya "hava-yer" silahlarının simulyasiya edilmiş və ya real istifadəsini məşq etmək mümkündür. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31