Bu, Fransanın daxili işidir - Peskov

Rusiya ABŞ və Avropanın böhtanlarına baxmayaraq, başqa dövlətlərin daxili işlərinə qarışmır.

Olaylar bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Moskva Avropa Parlamenti seçkisindən sonrakı vəziyyəti Fransanın daxili işi hesab edir", - o bildirib.

Qeyd edək ki, Makronun İntibah Partiyası AP-yə keçirilən seçkilərdə sarsıdıcı məğlubiyyətə uğradıqdan sonra parlament buraxılıb və yeni seçkilər təyin edilib. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31