Putin iyunda bu ölkələrə səfər edəcək
10 İyun 2024 11:20 DünyaRusiya Prezidenti Vladimir Putin yaxın həftələrdə Şimali Koreya və Vyetnama səfər edəcək.
Olaylar xəbər verir ki, bu barədə "Vedomosti" diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Vyetnama səfər elə iyun ayında, KXDR-ə səfərdən dərhal sonra baş tuta bilər.
Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora bu istiqamətdə fəal iş aparıldığını təsdiqləyib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31