I Pyotr niyə Avropaya pəncərə açmışdı? - Putin

Bu gün dünyanın iqtisadi və siyasi inkişaf mərkəzləri Asiyaya doğru dəyişir, Rusiya onlara daha yaxın olmalıdır.

Olaylar xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Bir vaxtlar I Pyotr Avropaya pəncərə açdı. Niyə? Ona görə ki, əsas inkişaf orada idi. Bu gün dünyanın inkişaf mərkəzləri Asiyaya keçir və təbii ki, biz bu inkişaf mərkəzlərinə daha yaxın olmalıyıq", - Putin vurğulayıb.

Onun sözlərinə görə, gələcəkdə Rusiya təkcə Sibirdə deyil, həm də böyük miqdarda mineral ehtiyatların yerləşdiyi Arktikada inkişaf edəcək. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31