ABŞ-də kollec yaxınlığında atışma - ölən və yaralananlar var

İyunun 7-də axşam saatlarında ABŞ-nin Los-Anceles şəhərində yerləşən Kompton Kolleci yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, azı dörd nəfər yaralanıb.

Olaylar xəbər verir ki, bu barədə yerli şerif departamenti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, hadisənin kolleclə əlaqəsi yoxdur. Qeyd edilib ki, atışma zamanı beş nəfər yaralanıb, amma onlardan biri xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisənin motivləri və onu törədənin şəxsiyyəti hələ ki müəyyən edilməyib. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31