Makronun açıqlamaları təxribat xarakteri daşıyır - Peskov
7 İyun 2024 20:47 DünyaMoskva Fransa prezidenti Emmanuel Makronun açıqlamalarının təxribat xarakterli hesab edir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Makronun Fransanın Ukraynada hərbi münaqişədə iştirak etməyə hazır olduğuna dair açıqlamasına münasibət bildirərkən deyib.
"Fransanın NATO-nun, Avropa İttifaqının üzvü olduğunu nəzərə aldıqda bu açıqlamaları olduqca təxribat xarakterli hesab edirik. Bu cür açıqlamalar qitədə gərginliyi artırır və müsbət nəticələrə səbəb olmayacaq ", - Kreml nümayəndəsi deyib.
Qeyd edək ki, bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron Fransanın Ukraynada hərbi münaqişədə birbaşa iştirak etməyə hazır olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31