Husilər BMT əməkdaşlarını girov götürdü

İranyönlü Ənsarullah silahlı qruplaşması BMT agentliklərində işləyən azı 9 nəfəri saxlayıb.

Olaylar bildirir ki, bu barədə "Assoşeyted Press" məlumat yayıb.

Saxlanılanlar arasında BMT-nin İnsan haqları ofisinin və BMT-nin xüsusi nümayəndəsinin ofisinin əməkdaşları, Dünya Ərzaq Proqramının işçiləri var.

Husilərin bu cür hərəkətlərinin səbəbləri barədə məlumat verilmir. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31