Rusiya tezliklə Cənubi Koreya ilə birbaşa hava əlaqəsini bərpa etməyə çalışır - ÖZƏL
7 İyun 2024 11:48 DünyaOlaylar.az xəbər verir ki, Rusiya baş nazirinin birinci müavini İqor Çernışenko Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) kuluarlarında bildirib ki, Rusiya yaxın vaxtlarda Cənubi Koreya, İndoneziya və Səudiyyə Ərəbistanı ilə birbaşa hava əlaqəsini bərpa etməyə çalışır.
"Yaxın perspektivdə İndoneziya, Səudiyyə Ərəbistanı və Koreya Respublikası ilə hava əlaqəsini bərpa etmək üçün işlər aparılır" - o, deyib.
Çernışenkonun sözlərinə görə, Rusiya aviadaşıyıcıları da İordaniya və Küveytə uçuşlara başlamağı planlaşdırır.
Onun sözlərinə görə, hazırda Rusiyanın 38 ölkə ilə birbaşa hava əlaqəsi var və siyahının genişləndirilməsi istiqamətində işlər davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31