ABŞ-ın 2025 büdcəsi: Kiyevə yardım dayanır, İsrailə qadağa...
7 İyun 2024 10:03 DünyaABŞ artıq 2025-ci il üçün büdcə qəbul etməyə hazırlaşır. Pentaqonun 833 milyard dollarlıq büdcəsinin ilk layihəsi bu yaxınlarda dərc edilib.
Olaylar bildirir ki, bu barədə "Defens Nyus" nəşri məlumat yayıb.
Layihədə əsas məsələ ondan ibarətdir ki, burada Ukraynaya yardımın ləğvi, eləcə də İsrailə silah verilməsinə birbaşa qadağa qoyulması nəzərdə tutulur.
Qeyd edilir ki, söhbət ABŞ-ın federal büdcəsindən Ukraynaya bu yaxınlarda təsdiq edilmiş 61 milyard dollar çərçivəsində yardım üçün ayrıca xərclərdən deyil, USAI proqramı çərçivəsində 300 milyon dollardan gedir. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31