Aİ Gürcüstanla vizasız rejimi ləğv edəcək?

Avropa İttifaqı "xarici təsir" qanunun qəbul edilməsinə cavab olaraq Gürcüstanla vizasız rejimin ləğvini nəzərdən keçirəcək.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

"Biz vizasız rejimin dayandırılması da daxil olmaqla bütün seçimləri nəzərdən keçirəcəyik, lakin mənim fikrimcə bu baş verməməlidir, Gürcüstan vətəndaşları cəzalandırılmamalıdır", - səfir deyib.

Diplomat Aİ xarici işlər nazirlərinin iyunun 24-də Lüksemburqda görüşərək qərarı müzakirə edəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31