ABŞ səfiri: "Türkiyəyə yeni F-16-ların satışında irəliyə doğru böyük addım atılıb"
6 İyun 2024 15:18 Dünya"Türkiyəyə yeni F-16-ların satışında irəliyə doğru böyük bir addım atılıb".
Olaylar.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk bildirib.
"Bu gün Türkiyənin ən son nəsil F-16 Block 70 döyüş təyyarələrinin alınması və mövcud F-16 donanmasının modernləşdirilməsi istiqamətində mühüm addım atılıb. Bu, ABŞ-nin milli təhlükəsizliyi, Türkiyənin milli təhlükəsizliyi və NATO-nun qarşılıqlı fəaliyyəti üçün yaxşı addımdır", - deyə səfir vurğulayıb.
Türkiyə Müdafiə Nazirliyindəki mənbələr isə ABŞ-dən F-16 Blok-70 və modernizasiya dəstləri və digər material, sursat və avadanlıqların satınalma prosesinin daha əvvəl elan edilən cədvələ uyğun olaraq davam etdiyini qeyd edib. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31