Gürcüstanda yenə zəlzələ oldu

Gürcüstanın qərbində yenidən zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, 3,8 maqnitudalı yeraltı təkanlar yerli vaxtla 08:06-da qeydə alınıb. 

Zəlzələnin episentri Oni şəhərinin yaxınlığında Çxmori kəndindən 2 kilometr məsafədə yerləşib. 

Dağıntı və tələfat barədə məlumat verilməyib. 

Xatırladaq ki, iyunun 4-də Oni şəhəri yaxınlığında 2022-ci ilin mayından bu yana 5,3 maqnitudalı ən güclü zəlzələ baş verib. Nəticədə bir neçə evdə çatlar əmələ gəlib. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31