Rusiyada iki tramvay toqquşdu - 90-dan çox yaralı, ölən var

Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında iki tramvayın toqquşması nəticəsində 1 nəfər ölüb.

Olaylar xəbər verir ki, hadisə nəticəsində 90-dan çox şəxs xəsarət alıb. Bu barədə şəhərin rəhbəri Dmitri Anisimov teleqram kanalında məlumat verib.

"Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, Loqovaya şosesində baş verən qəzada xəsarət alanlardan biri ölüb. Mərhumun yaxınları ilə görüşüb, ailəsinə tam dəstək verəcəyik", - o qeyd edib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 11 nəfər ambulator müalicəyə keçirilib. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31