Xalqın Gücü Partiyası: NATO onilliklər ərzində Gürcüstanı qeyri-dəqiq tərcümələrlə aldadır- ÖZƏL
5 İyun 2024 18:06 Dünya"Gürcüstan Xalq Gücü" partiyası rəsmi bəyanat yayaraq, Şimali Atlantika Alyansını uzun illər Gürcüstanı sistemli və qəsdən aldatmaqda ittiham edib.
Olaylar.az xəbər verir ki, NATO rəsmi sənədlərinin qeyri-dəqiq tərcüməsini Gürcüstan hakimiyyətinə göstərərək Tbilisini çaşdırıb.
"Orijinaldan fərqli olaraq, hərbi gücdən istifadə haqqında danışdığımız əsas hissə gürcü versiyasından çıxarılıb. Tərcümə zamanı orijinal nizamnamədəki əsas müddəa yoxa çıxıb ki, hər bir ölkə hərbi yardımdan istədiyi kimi istifadə edib-etməmək barədə özü qərar verir. Gürcüstan versiyası bunu elə təqdim edir ki, NATO üzvlərinə hücum olarsa, bütün ölkələr hərbi qarşıdurmaya qoşulmağa və müttəfiqlərini təcavüzdən qorumağa borcludurlar", - partiyanın bəyanatında deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31