Kadırov bacısı oğlunu nazir təyin etdi
5 İyun 2024 16:56 DünyaÇeçenistan rəhbəri Ramzan Kadırov Adam Çerxiqovu respublikanın nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri vəzifəsinə təyin edib.
Olaylar bildirir ki, bu barədə Çeçenistan rəhbəri Teleqram hesabında paylaşım edib.
"Gənc yaşına baxmayaraq, o, rəhbər vəzifələrdə böyük təcrübəyə və nazirliyin qarşısında duran vəzifələrin operativ və səmərəli icrası üçün zəruri bacarıqlara malikdir. Əminəm ki, Adam ona göstərilən etimadı tam doğruldacaq", - o bildirib.
Buna qədər həmin vəzifəyə Adam Çerxiqovun atası Ramzan Çerxiqov rəhbərlik edib. Adam Çerxiqov həm də Çeçenistan lideri Ramzan Kadırovun bacısı Zarqan Kadırovanın oğludur. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31