Lavrov: Rusiya Burkina-Fasoya hərbi təlimatçıların və təchizatların sayını artıracaq- ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov regionda terrorizmlə mübarizə proqramı çərçivəsində Burkina-Fasodakı rus hərbi təlimatçılarının sayının artırılmasını açıqlayıb. 

Olaylar.az xəbər verir ki, ölkə həmçinin təhlükəsizlik üçün zəruri olan silah və digər malların tədarükünü artıracaq.

Lavrov Burkina Faso səfərindən sonra deyib: "Burada (Burkina Fasoda) rusiyalı təlimatçılar işləyir, onların sayı artacaq".

Nazir qeyd edib ki, Rusiya məqsədyönlü şəkildə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarını, hərbi qulluqçuları və kəşfiyyat orqanlarını hazırlayır. Lavrovun sözlərinə görə, bu tip qarşılıqlı fəaliyyət artıq yaxşı qurulub və iki ölkənin təhlükəsizlik qüvvələri arasında möhkəm əlaqələr qurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31