Rusiya valyuta və qızıl alışına 800 milyon dollar ayıracaq - ÖZƏL
5 İyun 2024 15:36 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi 2024-cü il iyunun 7-dən iyulun 4-dək fiskal qaydada xarici valyuta və qızıl alışı üçün 71,1 milyard rubl (800 milyon dollar) ayıracaq, gündəlik alış 3,7 milyard rubl (41 milyon dollar) təşkil edəcək.
"Xarici valyutanın və qızılın alışına ayrılan vəsaitin həcmi 71,1 milyard rubl təşkil edir. Əməliyyatlar 2024-cü il iyunun 7-dən iyulun 4-dək həyata keçiriləcək, gündəlik 3,7 milyard rubla bərabər xarici valyuta və qızıl alışı olacaq", - məlumatda deyilir.
Mayın 8-dən iyunun 6-dək Maliyyə Nazirliyi fiskal qayda çərçivəsində xarici valyuta və qızıl alışına 110,94 milyard rubl (1,2 milyard dollar) ayırmağı planlaşdırıb, gündəlik alış isə 5,55 milyard rubl (60 milyon dollar) təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31