Nigeriyada dəhşətli FACİƏ: 30 nəfər yerin altında qaldı

Nigeriyanın mərkəzində mədənin çökməsi nəticəsində ən azı 30 mədənçi yerin altında qalıb.

Olaylar bildirir ki, bu barədə Nigeriya Dövlət Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Hadisə Qalkoqo kəndindəki yeraltı qızıl mədənində yağışın torpağı yumasından sonra baş verib.

Fövqəladə Hallar İdarəsinin sözçüsü İbrahim Hüseyni bildirib ki, altı mədənçi ağır yaralanaraq təxliyə edilib. Qalan mədənçilər dağıntılar altında qalıb. Ekskavatorların köməyi ilə xilasetmə işləri davam edir. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31