Bayden: ABŞ ordusu Tayvana yeridilə bilər

ABŞ Prezidenti Co Bayden Çinin işğalı halında Tayvana kömək etmək üçün ABŞ ordusunun cəlb edilməsinin mümkünlüyündən danışıb.

Olaylar xəbər verir ki, Bayden bu barədə "Time" nəşrinə verdiyi müsahibəsində deyib.

"Mən ABŞ hərbi qüvvələrinin istifadəsini istisna etmirəm. Quruda, hava qüvvələrinin, dəniz qüvvələrinin yerləşdirilməsi arasında fərqlər var", - deyə o, Çinin işğalı halında ABŞ-nin Tayvanda ABŞ qoşunlarını yerləşdirə biləcəyi ilə bağlı suala cavab verib.

Eyni zamanda, Bayden ABŞ-nin Filippin və Yaponiyadakı bazalarından zərbələr endirmək üçün istifadə edə biləcəyinə dair suala cavab verməkdən imtina edib. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31