Ermənistan müxalifəti hakimiyyətə səsləndi: Narahat olmayın, iyunun 9-da görəcəksiniz
5 İyun 2024 11:33 DünyaErmənistanın "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstyan iyunun 9-da paytaxt İrəvanın Respublika meydanında böyük mitinq elan edib.
Olaylar xəbər verir ki, bu barədə o, yerli xəbər portallarının yayımladığı Müqəddəs Anna kilsəsində bildirib.
"Hakimiyyət deyir ki, bizim hərəkatımız zəifləyir. Onda nədən narahat olursunuz? İyunun 9-da saat 18:30-da Respublika meydanında böyük mitinq keçirəcəyik", - o deyib. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31