Bu dəfə qardaşı oğlu nazir oldu
5 İyun 2024 11:20 DünyaÇeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu Adam Çerxiqov ölkənin nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri postunu alıb.
Olaylar xəbər verir ki, respublika başçısı təyinat barədə teleqram kanalında məlumat verib.
2007-ci ildən bu vəzifəni Adam Çerxiqovun atası Ramzan Çerxiqov tuturdu və oğlu Çeçenistan hökumətinin məktəbəqədər təhsil komitəsinə rəhbərlik edirdi.
Qeyd edək ki, ötən ay Çeçenistan rəhbərinin oğlu Axmat Kadırov vilayətin bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31