Sankt-Peterburq bu il Hindistanla birbaşa hava əlaqəsi açacaq — ÖZƏL
5 İyun 2024 11:02 DünyaSankt-Peterburqla Hindistan arasında birbaşa hava əlaqəsinin bu il yaradılması planlaşdırılır.
Olaylar.az xəbər verir ki, bunu qubernator Aleksandr Beqlov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) ərəfəsində deyib.
"Sankt-Peterburq hökuməti Pulkovodan yeni birbaşa uçuşların açılması və əməliyyat xətlərində uçuşların tezliyinin artırılması üzrə xarici tərəfdaşlarla işi davam etdirir. Xüsusilə, birbaşa hava əlaqəsi bu il Sankt-Peterburq və Hindistanı birləşdirəcək", - qubernator bildirib.
Beqlov əlavə edib ki, Pulkovo hava limanı şəhərin dəstəyi ilə koronavirus pandemiyası və Qərb sanksiyalarının tətbiqindən sonra sərnişin axını bərpa edib və hazırda ölkədə ikinci yerdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31