“ABŞ Gürcüstandakı aksiyalarda iştirak etmir”

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, ABŞ Gürcüstanda "Xarici agentlər" haqqında qanunun qəbulu fonunda keçirilən etiraz aksiyalarında iştirak etmir.

Olaylar xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Millerin sözlərinə görə, Gürcüstanda keçirilən etiraz aksiyaları ABŞ-nin heç bir ortaqlığı olmayan gürcü xalqının öz iradəsinin ifadəsidir.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib. Hakimiyyətin qərarı paytaxtda kütləvi etirazlara səbəb olub. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31