Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-30 MKI" qırıcısı qərbi Maharaştra ştatında qəzaya uğrayıb.
Olaylar bildirir ki, bu barədə "NDTV" telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarə Şirasqaon kəndi yaxınlığında əkin sahəsinə düşüb və alovlanıb.
Qəza yerinə polis və təcili yardım xidmətləri gəlib. Pilotlara tibbi yardım göstərilib. (APA)