London xəstəxanaları kiber hücuma məruz qalıb
4 İyun 2024 21:14 DünyaLondonun bəzi əsas xəstəxanalarının kiber hücuma məruz qalması problemlərə yol açıb.
Trend Sky News kanalına istinadən xəbər verir ki, Londonun Kings Kollec, Royal Brompton, Evelina London Uşaq Xəstəxanası, həmçinin Qays və St Tomas xəstəxanalarının sistemləri böyük kiber hücuma məruz qalıb.
Kiber hücumun sistemdə yaratdığı problemlərə görə bir çox xəstənin prosedurları ləğv edilməli olub və ya başqa xəstəxanalara yönləndirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31