İran Avrasiya İqtisadi İttifaqına müşahidəçi qismində qoşula bilər

İran Avrasiya İqtisadi İttifaqına (Aİİ) müşahidəçi qismində qoşula bilər.

Olaylar xəbər verir ki, bu barədə Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk məlumat verib.

"Müəyyən prosedurlar var, əgər onlara əməl olunarsa, prinsipcə, İranın Aİİ-də müşahidəsi ilə bağlı qərar dekabrın sonunda, təxminən bu il verilə bilər", - o qeyd edib.

Bundan əvvəl Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirilmişdi ki, İran bu assosiasiyada müşahidəçi olmaq üçün Aİİ-yə müraciət ünvanlayıb və onun rəsmi məktubu mayın 27-də qəbul edilib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31