Niderland Fələstinlə təhlükəsizlik sahəsində müqavilə BAĞLADI

Niderland Fələstinlə təhlükəsizlik üzrə əməkdaşlıq müqaviləsi imzalayıb.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Niderland hökumətinin bəyanatında deyilir.

Məlumata görə, bu təşəbbüs çərçivəsində ölkələr terrorizmlə mübarizə, axtarış-xilasetmə əməliyyatlarında məlumat mübadiləsi və s. aparacaq.

Sənəd Niderlandın müdafiə naziri Kaysa Ollonqren və Fələstinin daxili işlər naziri Ziyad Habb ər-Rix tərəfindən imzalanıb.

"Biz müxtəlif təşəbbüsləri araşdırırıq. Çünki Fələstinin güclü təhlükəsizlik sektoru sabitliyə, təhlükəsizliyə və davamlı sülhə töhfə verir", - Niderlandın müdafiə naziri bildirib. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31