Ermənistan Təbrizdə baş konsulluq açmağa qərar verib
4 İyun 2024 14:37 Dünyaİndiyədək Ermənistanın Təbriz şəhərində baş konsulluq açmasına qərar verilib.
Olaylar-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Ermənistan ilin sonunadək 4 ölkədə diplomatik nümayəndəliyi yerləşdirmək niyyətindədir.
Mirzoyan qeyd edib ki, Təbrizdən əlavə Kiprdə, Serbiyada da konsulluq açılacaq. Hazırda bununla əlaqədar işlər görülməkdədir.
Ermənistan xarici işlər naziri eyni zamanda Macarıstanla ikitərəfli qaydada səfirliklərin fəaliyyətə başlamasının qərar alındığını deyib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31