Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası İrəvanda KEÇİRİLƏCƏK
4 İyun 2024 14:06 DünyaAvrasiya Hökumətlərarası Şurasının növbəti iclası payızda İrəvanda keçiriləcək.
Olaylar.az "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, bu barədə şuranın iclasının yekunlarına dair Avrasiya İqtisadi Komissiyasının kollegiya rəhbəri Bakıtjan Saqintayev məlumat verib.
"Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası sentyabrın sonu - oktyabrın əvvəlində İrəvanda keçiriləcək", - o qeyd edib.
2015-ci ildə yaradılan Avrasiya İqtisadi İttifaqına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31