Türkiyə BRICS-ə qoşulmaq İSTƏYİR
4 İyun 2024 13:44 DünyaTürkiyə BRICS-ə (BRİKS) qoşulmaq istəyir.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Təbii ki, biz BRICS-ə üzv olmaq istərdik. Görək bu il nəyə nail ola bilirik", - o bildirib.
Bu məsələ xarici işlər nazirlərinin Nijni Novqorodda keçiriləcək görüşündə müzakirə olunacaq.
H.Fidan bildirib ki, Rusiyada keçiriləcək BRICS nazirlərinin görüşündə iştirak etməyi gözləyir. Məlumata görə, görüşdə gündəmdə olan mövzulardan biri NATO üzvü olan Türkiyənin BRICS-ə qoşulması ola bilər. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31