Ukrayna xaricdə olan çağırış yaşlı vətəndaşlarını axtarışa VERDİ
4 İyun 2024 13:37 DünyaUkraynada ölkəni tərk etmiş çağırış yaşlı bütün kişi vətəndaşlar axtarışa verilib.
Olaylar.az-ın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd olunur ki, çağırış yaşlı ölkəni tərk etmiş, əlaqə qurmaq mümkün olmayan vətəndaşlar Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilir: "Onlar üzərilərindən bu axtarışın götürülməsi üçün ölkəyə qayıdıb, müvafiq qurumlara müraciət etməlidirlər". (Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31