Türkiyədə hərbi təyyarə qəzaya uğradı: Şəhidlər var
4 İyun 2024 11:54 DünyaTürkiyənin Kayseri vilayətinin Kocasinan rayonunda təlim təyyarəsi qəzaya uğrayıb.
Nəticədə iki pilotun şəhid olduğu bildirilir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında məlumat verib.
Məlumata görə, hadisə yerinə axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları göndərilib, axtarış-xilasetmə işlərinə başlanılıb.
"Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığımıza məxsus "SF-260D" tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Axtarış-xilasetmə işlərinə başlanılıb", - deyə məlumatda bildirilib. (İnfoaz.ws)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31