Nazarbayevin müşavirinin terminalı əlindən alındı
4 İyun 2024 11:17 DünyaQazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin müşaviri Əsgər Kulibayevə məxsus şirkət 66 milyon dollar dəyərində neft terminalını dövlət mülkiyyətinə qaytarıb.
Olaylar xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.
"Almatı şəhər prokurorunun tələbi ilə Aktau Beynəlxalq Dəniz Ticarət Limanının akvatoriyasında yerləşən 66 milyon dollar dəyərində olan neft terminalı dövlət mülkiyyətinə qaytarılıb. İddia xarici investorun əmlakının Əsgər Kulibayevə məxsus şirkət tərəfindən qanunsuz olaraq ələ keçirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi məqsədi ilə qaldırılıb", - məlumatda bildirilib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31