İrandakı seçkilərdə 4 qadın namizəd kimi qeydə alındı
4 İyun 2024 10:03 Dünyaİranda prezident seçkilərində iştirak etmək üçün 4 qadın qeydiyyatdan keçib.
Olaylar xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Onların hamısı İran parlamentinin (Məclisin) keçmiş deputatları- Zöhrə İlahiyan, Seyedeh Həmidə Zarabadi, Həcər Çenarani və Rafat Bayatdır.
Qeyd edək ki, iştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq. Növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31