Uşaqlıqda oturaq həyat tərzinin təhlükəli nəticəsi...- ÖZƏL
3 İyun 2024 20:48 DünyaOlaylar.az xəbər verir ki, uşaqlıqda oturaq həyat tərzi qaraciyərin zədələnməsinə səbəb ola bilər.
Şərqi Finlandiya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, oturaq həyat tərzi keçirən uşaqlarda erkən yaşlarda qaraciyər yağlanması və sirozun inkişaf riski əhəmiyyətli dərəcədə artır.
Elmi araşdırma 2684 uşağın fiziki fəaliyyəti və sağlamlığı ilə bağlı məlumatlar əsasında aparılıb. Onların 11-24 yaş arası gündəlik fəaliyyət səviyyələri hərəkəti qeyd edən akselerometrlərdən istifadə etməklə izlənilib.
İştirakçılar 17 və 24 yaşlarında olduqda, çapıq və digər zədələri axtarmaq üçün qaraciyərlərinin ultrasəs müayinəsindən keçirdilər.
Uşaqlar gündə orta hesabla altı saat oturaraq vaxt keçirirdilər. Yeniyetməlik və gənc yetkinlik dövründə bu müddət gündə doqquz saata qədər artdı.
Alimlər müəyyən ediblər ki, 25 yaşa qədər hər əlavə yarım saatlıq oturaq vaxtdan (gündə adi altı saatdan çox) qaraciyər yağlanması xəstəliyinin inkişaf ehtimalını 15% artırır. Bu xəstəlik sirozun əsas səbəblərindən biridir.
Bunun əksinə olaraq, hər əlavə yarım saat aşağı intensivlikli fiziki fəaliyyət (tövsiyə olunan üç saatdan çox) bu riski 33% azaldır.