Ukraynada gənc polis qadını dalğalar apardı - FOTO

Ukraynanın Odessa şəhərində 20 yaşlı polis qadın fotosessiya zamanı dənizə düşüb və onu dalğa aparıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Politika stranı" "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, Olesya Oleşuk adlı polis qız həyatını itirib və hazırda dalğıclar onun cəsədini axtarırlar.

Olesya Oleşukun ərazi üzrə polis məmuru işlədiyi və cənuba Rovno bölgəsindən tətilə gəldiyi bildirilir.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31