Qırğızıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə GƏLƏCƏK
3 İyun 2024 16:56 DünyaBu gün Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev Azərbaycana rəsmi səfərə gələcək.
Olaylar.az bu barədə Qırğızıstan parlamentinə istinadən xəbər verir.
Səfər çərçivəsində Nurlanbek Şakiyev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparacaq.
Parlament nümayəndə heyətinin tərkibinə deputatlar Saidbek Zulpuyev, Çolpon Sultanbekova, Nurjiqit Kadırbekov, Ulanbek Bakasov, Taalaybek Sarıbaşov, Dastanbek Cumabekov, Kubanıçbek Samakov, Mirlan Samıykojo və Parlament Aparatının rəhbəri Alaybek Alımbayev də daxildir. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31