Bu ölkə Ukraynaya göndərəcəyi "F-16" qırıcılarının Rusiya ərazisində istifadəsini qadağan etməyəcək

Niderland Ukraynaya göndərməyi planlaşdırdığı "F-16" qırıcılarının Rusiya ərazisində istifadəsini qadağan etməyəcək.

Olaylar xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren "Politico" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna "F-16" qırıcılarını Niderlanddan təhvil aldıqdan sonra onların istifadəsinə dair özü qərar verə biləcək.

"Niderland Belçikadan fərqli olaraq qırıcıların istifadəsinə məhdudiyyət tətbiq etmir", - o deyib.

Nazir əlavə edib ki, Amsterdam Kiyevi beynəlxalq hüquqa və BMT-nin özünümüdafiə hüququna dair müddəalarına riayət etməyə çağırır.

Qeyd edək ki, mayın 31-də Ağ Evin yaydığı məlumata görə, Belçika Ukraynanın onun silahlarından, o cümlədən "F-16" qırıcılarından öz ərazisindən kənarda istifadəsinə icazə verməyəcəyini bildirib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31