İsrail ordusu Livanın cənubundakı Hizbullah hədəflərinə zərbələr endirib - ÖZƏL

Olaylar.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda şiə silahlı qruplaşmalarına zərbələr endirib.
"İDF qırıcıları Livanın cənubundakı Naqoura, Marun Əl-Ras və Xiam bölgələrində Hizbullahın buraxılış qurğusuna və hərbi strukturlarına zərbələr endirib", - İsrail ordusunun bəyanatında deyilir.
İsrail ordusunun Hizbullah hədəflərinə atəşlə cavab verməsi ilə Livandan arabir atəşə tutulan İsrailin şimal sərhədində gərginlik davam edir. 80 mindən çox israilli sərhəd bölgələrindən təxliyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31